Bakı. Trend:
Filippinin Luson adasında baş verən "Noru" tayfunu nəticəsində 8 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə "ABS-CBN" medaiqrupu məlumata yayıb.
Məlumata əsasən, 5 nəfər Bulakan əyalətində, 2 nəfər Sambales əyalətində, 1 nəfər isə Keson əyalətində həlak olub.
Qeyd edilib ki, kənd təsərrüfatına dəyən zərər, yenilənmiş məlumatlara görə, 160 milyon peso (2,71 milyon dollar) təşkil edir:
"Təbii fəlakətin təsirindən ən çox kənd təsərrüfatı sektoru zərər çəkib <...>. Tayfundan 3,78 minə yaxın fermer və balıqçı zərər çəkib".