...

Türkiyənin üç dövlət bankı Rusiyanın "Mir" kartlarını qəbul etməyi dayandırıb

Dünya xəbərləri Materials 28 Sentyabr 2022 00:16 (UTC +04:00)
Türkiyənin üç dövlət bankı Rusiyanın "Mir" kartlarını qəbul etməyi dayandırıb

Bakı. Trend:

Türkiyədə üç dövlət bankı Rusiyanın “Mir” ödəniş sistemi ilə işi dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "NTV" televiziya kanalı bildirib.

Qeyd edək ki, daha əvvəl oxşar qərarı Türkiyənin iki özəl bankı “İş Bankası” və “DenizBank” verib.

Maliyyə qurumlarının bu cür addımları Rusiyanın “Mir” kartlarını qəbul edən xarici kredit təşkilatlarına qarşı mümkün sanksiyalarla bağlı Qərbin təhdidlərindən sonra atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti