...

Ərdoğan Putinlə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2022 21:42 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında R.T,Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və BMT-nin dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.

Noyabrda başa çatacaq razılaşmanın uzadılmasının ortaq maraq dairəsi daxilində olduğunu bildirən Türkiyə Prezidenti, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində də işləri davam etdirdiklərini bildirdi.

Türkiyə Prezident daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu, Rusiyanın bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

V.Putindən danışıqlara daha bir şans verilməsini istəyən Rəcəb Tayyib Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti