...

Rusiyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2022 12:31 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada son sutka ərzində 33 186 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ötən gün 37 286 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 21,01 milyon nəfəri keçib.

Eyni zamanda, son sutkada 103 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu rəqəm 106 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 387 372 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti