...

İrandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılır

Dünya xəbərləri Materials 1 Oktyabr 2022 14:10 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib.

Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq.

Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti