...

Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2022 10:08 (UTC +04:00)
Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb

Bakı. Trend:

Bolqarıstanda Milli Məclisə (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.

Trend xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-da başa çatacaq.

Ölkə ərazisində təxminən 12 min seçki məntəqəsi, dünyanın 62 ölkəsində isə 755 seçki məntqəsi fəaliyyət göstərir.

Bolqarıstanda səsvermə hüququna təxminən 6,6 milyon vətəndaş malikdir. Lakin səsvermədə 2,5 milyon nəfərin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti