...

"OPEK+"un qərarı səbəbi ilə ABŞ-da qiymətlər artmağa başlayıb - Bayden

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 01:13 (UTC +04:00)
"OPEK+"un qərarı səbəbi ilə ABŞ-da qiymətlər artmağa başlayıb - Bayden

Bakı. Trend:

ABŞ-da yanacağın qiyməti "OPEK+"un neft hasilatının kvotalarını azaltmaq qərarına görə artmağa başlayıb.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Merilend ştatında çıxışında deyib.

"Ərzaq qiymətləri azalmayacaq, qalxacaq. Mən əvvəllər yanacağın qiymətlərini aşağı sala bilmişdim (...), amma indi ruslar və səudiyyəlilərin ("OPEK+"da - red.) etdiklərinə görə qiymətlər bahalaşır", - deyə C.Bayden bildirib.

ABŞ Prezidenti qeyd edib ki, bundan sonra da bu problemin həlli ilə məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti