...

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 02:28 (UTC +04:00)
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində miqrant böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend xəbər verir ki, bunu şəhərin meri Erik Adams bildirib.

Onun sözlərinə görə, son aylarda ABŞ-dan sığınacaq almaq ümidi ilə şəhərə o qədər çox miqrant gəlib ki, şəhərin yerləşdirmə sistemi buna tab gətirə bilmir. Cari maliyyə ilində böhranın həllinə 1 milyard dollar xərclənəcək.

Mer bildirib ki, aprel ayından bəri 17 mindən çox miqrant (əsasən Cənubi Amerikadan olan) ABŞ-dan sığınacaq almaq üçün Nyu Yorka gəlib. Onların yerləşdirilməsi üçün evsizlər üçün 42 sığınacaqda yerlər ayrılıb. Nyu-Yorkda 44 mindən çox evsizin olduğunu nəzərə alsaq, sığınacaqlarda yerləşməyə ehtiyacı olan insanların ümumi sayı 61 mini keçib, onlardan 20 minə yaxını uşaqdır.

E.Adamsın sözlərinə görə, bu, “şəhərin sığınacaq sistemi tarixində rekord rəqəmdir”. Onun hesablamalarına görə, əgər miqrantlar eyni sürətlə gəlməyə davam etsələr, gələn il sığınacaqlarda yerləşdirilməyə ehtiyacı olan insanların sayı 100 min nəfəri keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti