...

Türkiyə İraq və Suriyada 10-dan çox terrorçu zərərsizləşdirib

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 12:09 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında həyata keçirdiyi iki ayrı əməliyyat nəticəsində 6 terrorçu zərərsizləşdirib.

Trend-in məlumatına görə, Qara bölgəsində 3, Asos bölgəsində 2 PKK terrorçusu məhv edilib.

Eyni zamanda, Türkiyə ordusu Suriyanın şımalında "Sülh bulağı" və "Zeytun budağı" antiterror əməliyyat bölgələrində 6 terrorçunu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK terrorçularının hücumunun qarşısı alınıb. Bölgədə əməliyyatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti