...

İtaliyada parlamentin yeni sədri seçilib

Dünya xəbərləri Materials 14 Oktyabr 2022 15:24 (UTC +04:00)
İtaliyada parlamentin yeni sədri seçilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada parlamentin iki palatasının sədrləri seçilib.

Trend-in məlumatına görə, bu gün Deputatlar Palatasında keçirilən səsvermə nəticəsində Lorentso Fonatan aşağı palatanın spikeri seçilib.

Ötən gün isə İnyatsio la Russa Senatın sədri seçilmişdi.

Qeyd edək ki, İtaliyada parlament seçkiləri sentyabrın 25-də keçirilmişdi. Seçkilərdə Corca Meloninin sədrlik etdiyi "İtaliyanın qardaşları" partiyasının daxil olduğu sağ-mərkəzçi blok qalib gəlmişdi.

Yaxın günlərdə ölkədə yeni hökumətin formalaşağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti