...

Bayden Konqreslə məsləhətləşmələrdən sonra Ər-Riyadla münasibətlərlə bağlı qərar verəcək

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 00:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Konqreslə məsləhətləşmələrdən sonra Səudiyyə Ərəbistanı ilə bağlı bir neçə addım atmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu bazar ertəsi jurnalistlər üçün brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer "OPEK+"un neft hasilatını azaltmaq qərarı ilə əlaqədar ABŞ-ın Səudiyyə Ərəbistanına qarşı hansı tədbirləri hazırladığı barədə suala cavabında deyib.

"Variantlara təhlükəsizlik sahəsində yardım üzrə yanaşmamıza dəyişikliklər daxildir. Prezident vəzifəyə başlayandan bəri ABŞ-ın Səudiyyə Ərəbistanı ilə fərqli yanaşmaya, fərqli münasibətə ehtiyacı olduğunu bildirib. Bu, onun bir müddətdir dedikləri ilə üst-üstə düşür. Xatırlayırsınızsa, biz (Bayden administrasiyası - red.) keçən il işə başlayanda Səudiyyə Ərəbistanına bütün hücum silahlarının satışını dondurmuşduq. Prezidentin qərar qəbul etmək üçün danışıqlara, məsləhətləşmələrə vaxtı var. O, mütləq Konqreslə məsləhətləşmək istəyir", - deyə mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti