...

Türkiyə səhiyyə naziri İstanbulda baş verən partlayışda yaralananların vəziyyətini açıqlayıb

Dünya xəbərləri Materials 14 Noyabr 2022 00:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin səhiyyə naziri Fahrettin Qoca İstanbulun mərkəzində baş verən partlayışda yaralananların vəziyyətini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

"İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-u müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 xəstədən 5-i hələ də reanimasiyadadır, ikisinin vəziyyəti ağırdır", - deyə F.Koca qeyd edib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti