...

Dünya əhalisi 8 milyard nəfərə çatıb

Dünya xəbərləri Materials 15 Noyabr 2022 10:29 (UTC +04:00)
Dünya əhalisi 8 milyard nəfərə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə bu gün BMT-nin yayımladığı hesabatda deyilir.

Qeyd olunub ki, dünya əhalisi 12 il ərzində 7 milyard nəfərdən 8 milyarda çatıb.

Eyni zamanda, təşkilat 9 milyard həddinin 2037-ci ildə əldə olunacağını proqnozlaşdırır.

2100-cü ildə dünya əhalisinin 10,4 milyarda çatacağı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti