...

Malayziyada parlament seçkilərində səslərin hesablanması aparılır

Dünya xəbərləri Materials 19 Noyabr 2022 22:52 (UTC +04:00)
Malayziyada parlament seçkilərində səslərin hesablanması aparılır

Bakı. Trend:

Malayziya seçki məntəqələrinin əməkdaşları parlamentin Nümayəndələr Palatasına (aşağı palataya) keçirilən seçkilərdə ölkə vətəndaşlarının səslərini hesablayır.

Trend-in məlumatına görə, bu barədə "Nikkei" qəzeti xəbər verib.

Məlumata əsasən, seçki məntəqələri yerli vaxtla saat 18:00-da bağlanıb, səslərin hesablanması bazar günü gecə bitə bilər. Yarış iştirakçıları aşağı palatada 222 yerdən 220 yer uğrunda mübarizə aparırlar.

"Reuters" agentliyinin proqnozlarına görə, keçmiş baş nazirin müavini Ənvər İbrahimin müxalifət koalisiyası olan "Ümid Alyansı" ən çox səs qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti