...

Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 21 Noyabr 2022 05:05 (UTC +04:00)
Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Türkiyənin Amasya əyalətində teatr aktyorlarını daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Trend bazar ertəsi Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar hadisə yerinə cəlb edilən təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti