...

ABŞ-da atışma olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 27 Noyabr 2022 09:19 (UTC +04:00)
ABŞ-da atışma olub, ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli "FOX 5 Atlanta" telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə şənbə günü saat 20:00-da (bazar günü saat 05:00-də GMT+4) 17-ci küçə körpüsünün yaxınlığında baş verib. Atlanta polisinin şöbə rəisi Cermeyn Dirlav bildirib ki, bir nəfər hadisə yerində ölüb, beş yaralı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti