...

İstanbul Ticarət Universitetində ilk dəfə universitetlər səviyyəsində G20 sammitinin simulyasiyası keçirilib (FOTO)

Dünya xəbərləri Materials 1 Dekabr 2022 10:20 (UTC +04:00)

Bakı. Trend:

TurkicWorld-un rəsmi media sponsoru olduğu İstanbul Ticarət Universitetinin Sütlüce kampusunda universitetin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrası, Beynəlxalq Tələbə Cəmiyyəti və Gənc Yaşıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyədə ilk dəfə universitetlər səviyyəsində G20 sammitinin simulyasiyası keçirilib.

Universitetin rektoru Prof. Dr. Yücel Oğurlu simulyasiya fəaliyyətlərinin praktiki təlimin ən yaxşı nümunələri olduğunu vurğulayıb və universitet olaraq daha əvvəl də “Parlament Simulyasiyası”, “Moot Court Yarışması” və “Moot Court” kimi simulyasiya tədbirlərinə ev sahibliyi etdiklərini bildirib.

Universitetin Siyasi Elm və Beynəlxalq Əlaqələr kafedrasının müdiri Dos. Dr. Uğur Yasin Asal çıxışında G20-nin əhəmiyyətinə toxunub.

O qeyd edib ki, rəhbərlik etdiyi kafedrada yeni nəsil təhsil metodları ilə Türkiyədə ilk dəfə olaraq universitet və tələbə səviyyəsində G20 sammitinin Simulyasiyası müzakirə edilib.

İki gün davam edən tədbirdə Türkiyənin müxtəlif universitetlərindən 250-dən çox müraciət daxil olub. Sammitin simulyasiyasında iştirak etmək üçün, seçilən 52 tələbə İnsan Hüquqları, Təhlükəsizlik Komitəsi, İqtisadi İnkişaf və Davamlılıq Komitəsinin təqdim etdiyi mövzuları və araştırdıqları problemleri müzakirə etmək üçün bir araya gəlib.

Məlumat üçün bildirək ki, tədbirin təşkilində Şevin Beyza Kurt, Ömer Utkan Demir, Merve Safa Yıldız, Birsu Şenakar, Esma Nur Türkistanlı və İstemi Han Sadik iştirak edib. Gənc MÜSİAD-ın baş sponsoru olduğu Simulyasiyada iştirak edən komandalara İstanbul Ticarət Universiteti tərəfindən İştirak Sertifikatı verilib.

Qeyd edək ki, TurkicWorld ilə İstanbul Ticarət Universiteti arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin oktyabr ayının 25-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti