...

Avstriya Bolqarıstan və Rumıniyanın şengen zonasına daxil olmasına qarşı çıxdı

Dünya xəbərləri Materials 6 Dekabr 2022 17:30 (UTC +04:00)
Avstriya Bolqarıstan və Rumıniyanın şengen zonasına daxil olmasına qarşı çıxdı

Bakı. Trend:

Avstriya Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil edilməsinə qarşıdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Avstriyanın kansleri Karl Nehammer Tiranada keçirilən Aİ-Qərbi Balkan sammiti çərçivəsində deyib.

O bildirib ki, ilk növbədə qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik məsələlərini aydınlaşdırmaq lazımdır: “Hazırda Avstriya Bolqarıstan və Rumıniyanın da daxil edilməsi ilə Şengen zonasının genişlənməsinə razı deyil. Avstriyada 75 min qeydiyyatdan keçməmiş qanunsuz miqrantımız var, yəni onlar Aİ-nin xarici sərhədlərini keçiblər və dənizə çıxışı olmayan ölkədədirlər. Əvvəlcə bu təhlükəsizlik məsələsini aydınlaşdırmaq lazımdır".

Nehammerin sözlərinə görə, söhbət bütün Avropa İttifaqının təhlükəsizliyindən gedir. Onun çıxışı Aİ Şurasının saytında yayımlanıb.

Avropa Komissiyası (AK) noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu elan edib və Aİ Şurasına bu qərarı təsdiqləməyi tövsiyə edib. AK-nin bəyanatında qeyd olunub ki, bu ölkələrin fəaliyyəti “xüsusən də COVID-19 pandemiyası zamanı Şengen zonasının təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib”.

Bundan əvvəl Niderland hökuməti Bolqarıstanın Şengen zonasına daxil olmasını əngəlləməyə hazır olduqlarını bəyan etmişdi. Onlar bunu sərhədlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əlaqələndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti