Bakı. Trend:
Meksikanın paytaxtı Mexiko şəhərində turistləri daşıyan avtobus dairəvi yolun ikinci səviyyəsinin dəstək dirəyinə çırpılıb.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı fövqəladə hallar üzrə şəhər idarəsindən məlumat verilib.
Məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 55 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 42 nəfəri xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, avtobusda kanalları gəzmək üçün Soçimilko rayonu ərazisinə gələn meksikalı təqaüdçülər olub.
Qəzanın səbəbi barədə məlumat verilmir.