...

Perunun vitse-prezidenti dövlət başçısı kimi and içib

Dünya xəbərləri Materials 8 Dekabr 2022 01:38 (UTC +04:00)

Bakı. Trend:

Perunun birinci vitse-prezidenti Dina Boluarte çərşənbə günü Konqres qarşısında dövlət başçısı kimi and içib.

Trend-in məlumatına görə, andiçmə mərasimi parlamentin "Twitter" səhifəsində canlı yayımlanıb.

"Tanrının, vətənin və bütün Peruluların adına and içirəm ki, Peru Konstitusiyasına uyğun olaraq üzərimə götürdüyüm Respublika Prezidentinin vəzifələrini indidən 26 iyul 2026-cı il tarixinədək sədaqətlə yerinə yetirəcəyəm", - deyə D.Boluarte bildirib.

Bundan əvvəl Peru konqresi dövlət başçısı kimi fəaliyyət göstərməkdə "mənəvi qabiliyyətsizliyinə" görə Pedro Kastilyonun prezident vəzifəsində istefaya göndərilməsinə səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti