...

Britaniyada şirkətlər bazar manipulyasiyasına görə 730 min dollar cərimələnib

Dünya xəbərləri Materials 8 Dekabr 2022 12:27 (UTC +04:00)
Britaniyada şirkətlər bazar manipulyasiyasına görə 730 min dollar cərimələnib

Trend-i buradan izləyin

Bakı. Trend:

Böyük Britaniyanın Maliyyə Tənzimlənməsi və Nəzarəti İdarəsi bazar manipulyasiyasına görə üç treyderi 600 000 funt sterlinq (730 000 ABŞ dolları) məbləğində cərimələyib və onların fəaliyyətinə qadağa qoyub.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "Financial Times" qəzeti məlumat yayıb.

Qərar "Mizuho Financial Group"un törəmə şirkətindən Dieqo Urra, Xorxe Lopes Qonsales və Pujan Şet barədə qəbul edilib. Məlumata görə, treyderlər altı il əvvəl İtaliya dövlət istiqrazlarının fyuçersləri bazarında "yanıldıcı böyük sifarişlər" veriblər ki, onları həyata keçirmək niyyətində olmayıblar. Bu cür davranışlar sonradan qiymətli kağızlar bazarına mənfi təsir göstərib.

"Bu cür manipulyasiyalar bazarın bütövlüyünü ciddi şəkildə pozdu", - deyə müşahidəçi orqan bildirib.

Qəzetin yazdığına görə, ticarətçilər qərardan hər iki tərəfin dinləniləcəyi apellyasiya məhkəməsinə protest veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti