...

Britaniyada soyuq hava və qar yağması səbəbindən yüksək təhlükə səviyyəsi tətbiq edilib

Dünya xəbərləri Materials 13 Dekabr 2022 00:59 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın cənub-şərqində aşağı temperatur və qar yağması səbəbindən yüksək təhlükə səviyyəsi tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə Britaniya KİV-ləri xəbər verib.

Məlumata əsasən, oxşar hava şəraiti nəqliyyatda ciddi problemlər yaradıb, bazar ertəsi qatarların hərəkətində fasilələr yaranıb, eniş-enmə zolağında duman və buzlanma səbəbindən bir sıra reyslər təxirə salınıb. Yollarda, o cümlədən London ətrafında yerləşən "M25" magistralında tıxaclar və qəzalar yaranıb

Britaniyanın meteoroloji xidmətləri soyuq temperaturun həftə boyu davam edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti