...

“Bayraktar Kızılelma”nın ilk uçuşu uğurla baş tutub (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 14 Dekabr 2022 20:41 (UTC +04:00)
“Bayraktar Kızılelma”nın ilk uçuşu uğurla baş tutub (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk uçuşu uğurla baş tutub.

Bu barədə Trend-ə "Baykar" şirkətindən bildirilib.

Qeyd edilib ki, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində lazımi uçuş öncəsi sınaqları tamamlandıqdan sonra saat yerli vaxtla 14:59-da havaya qalxan "Bayraktar Kızılelma" ilk uçuşunu saat 15.17-də müvəffəqiyyətlə tamamlayıb və yerə enib.

""Kızılelma"nın 18 dəqiqə davam edən ilk uçuşu Türkiyə aviasiya tarixində yeni bir dövrün pərdəsini açıb. Baykarın 100% öz kapitalı ilə yola çıxardığı "Bayraktar Kızılelma" layihəsi 2021-ci ildə başlayıb. 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəsi ilə Bayraktar KIZILELMA, Çorludakı AKINCI Uçuş Tədris və Test Mərkəzinə köçürülüb. 1 ay davam edən sınaqlardan sonra layihənin başlanmasından bu yana təxminən 1 il rekord müddətdə ilk uçuş həyata keçirilib", - məlumatda deyilir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bayraktar Kızılelma”nın yaxın zamanda kütləvi istehsalının başlayacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti