...

Peru prezidenti istefa verməkdən imtina edib

Dünya xəbərləri Materials 17 Dekabr 2022 22:45 (UTC +04:00)
Peru prezidenti istefa verməkdən imtina edib

Bakı. Trend:

Peru prezidenti Dina Boluarte istefa verməkdən imtina edib və Konqresi (ölkə parlamenti) növbədənkənar seçkiləri təsdiqləməyə çağırıb.

Trend xbərə verir ki, bu barədə şənbə günü Peru KİV-ləri məlumat yayıb.

D.Boluartenin sözlərinə görə, onun istefası "problemləri həll etməyəcək". O qeyd edib ki, əlindən gələni edib, xüsusən də seçkilərin keçirilməsi üçün Konqresə qanun layihəsi göndərib.

"Mən tələb edirəm ki, seçki üçün səsverməsinin keçirilməsi imkanlarına yenidən baxılsın", - deyə D.Boluarte bildirib.

Xatırladaq ki, dekabrın 16-da Konqres seçkilərin 2023-cü ilə təxirə salınması üçün təklif edilən konstitusiya islahatını təsdiq etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti