Bakı. Trend:
Əfqanıstanın Pərvan əyalətində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb.
Trend xəbər verir ki, daha 37 nəfər zərərçəkən Çarıkar şəhərinin xəstəxanalarına çatdırılıb.
Bundan əvvəl insident nəticəsində 15 nəfərin öldüyü, 26 nəfərin yaralandığı bildirilirdi.