Bakı. Trend:
Rumıniya parlamenti dekabrın 19-da keçirilən iclasda ölkədə Fransanın rəhbərliyi ilə NATO müttəfiqlərindən ibarət döyüş qrupunun yerləşdirilməsi barədə qərar qəbul edib.
Trend xəbər verir ki, bu barədə "Agerpres" agentliyinin məlumatında deyilir.
"Deputatlar Palatasının və Senatın bazar ertəsi toplanmış plenumu Rumıniyada Fransanın rəhbərliyi altında Müttəfiqlərin döyüş qrupunun yerləşdirilməsini təsdiqləyib. 309 səs qrupun yerləşdirilməsinin lehinə, 5 səs isə əleyhinə verilib", - deyə məlumat bildirilir.