...

Bayden Naqasakiyə səfər edən ilk ABŞ prezidenti ola bilər

Dünya xəbərləri Materials 20 Dekabr 2022 06:49 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya və ABŞ hökumətləri prezident Co Baydenin 1945-ci ildə Amerika tərəfindən atom bombasına məruz qalan Naqasaki şəhərinə səfərini təşkil etməyi düşünür.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən "Yomiuri" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu baş verərsə, C.Bayden Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti olacaq.

Məlumata əsasən, hazırda tərəflər bu səfərlə bağlı danışıqlar aparır və yekun qərar Naqasakinin ABŞ nümayəndə heyətinin qalmasına hazırlığının hərtərəfli qiymətləndirilməsindən sonra veriləcək. Bu, yerli sakinlərin bu məsələ ilə bağlı fikrinə də aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti