Bakı. Trend:
İsveçin xarici işlər naziri Tobias Bilströmün bu gün Türkiyəyə səfər edəcəyi bildirilib.
Trend xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Bilström arasında keçiriləcək görüşdə Türkiyə ilə İsveç arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq.
Sözügedən danışıqlarda Türkiyə-Avropa İttifaqı münasibətləri, İsveçin NATO-ya üzvlük prosesi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.