Bakı. Trend:
Avstriya hökuməti 2030-cu ilə qədər ölkənin ümumi enerji istehlakını təxminən 18% azaltmağı planlaşdırır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Avstriyanın iqlimin mühafizəsi, ekologiya, energetika, nəqliyyat, innovasiya və texnologiya naziri Leonore Qevessler öz Tvitter səhifəsində yazıb.
"2030-cu ilə qədər biz Avstriyada ümumi enerji istehlakını təxminən beşdə-bir hissə azaltmaq istəyirik. Bunun üçün enerjiyə qənaət baxımından sürətə ehtiyacımız var. Biz ev təsərrüfatlarını və şirkətləri ildə 190 milyon avro ödəyərək bu mühüm işdə dəstəkləyirik", - deyə Avstriya enerji departamentinin rəhbəri bildirib.
Respublika hökuməti 2030-cu ilə qədər enerji istehlakının hədəf səviyyəsini müəyyən edib: o, hazırkı 310 TVt/saatdan 255 TVt/saata enməlidir.