...

Bayden ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsi ilə bağlı sənədi imzalayıb

Dünya xəbərləri Materials 23 Dekabr 2022 21:50 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden dekabrın 23-də ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayıb) 858 milyard dollar məbləğində müdafiə büdcəsini imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

ABŞ prezindenti açıqlamasında qeyd edib ki, qanuna ölkənin milli müdafiə, xarici siyasət və daxili təhlükəsizliyini dəstəkləmək üçün mühüm müddəalar daxil edilib.

Qanun layihəsi bundan əvvəl ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilib. Sənəd, digər məsələlərlə yanaşı, Ukraynaya təhlükəsizlik sahəsi üzrə yardımı üçün ən azı 800 milyon dollar ayırmağı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti