Bakı. Trend:
Fransanın müdafiə naziri Sebastyan Lekornyu dekabrın 28-nə Ukraynaya səfər planlaşdırıb və burada ukraynalı həmkarı Aleksey Reznikovla danışıqlar aparacaq.
Trend-in məlumatına görə, bu barədə "BFMTV" televiziya kanalı xəbər verib.
"Fransanın müdafiə naziri Sebastyan Lekornyu dekabrın 28-də Ukraynaya səfər edəcək və orada ukraynalı həmkarı ilə görüşəcək", - deyə bildirilib.
Qeyd olunub ki, nazir Ukrayna hakimiyyətinə Fransanın dəstəyini ifadə edəcək.