Böyük Britaniyada atışma olub, ölən var

Dünya xəbərləri Xəbər 25 Dekabr 2022 10:45 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın Mersisayd qraflığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polisin saytında məlumat verilib.

Bildirilib ki, qadın "odlu silah yarasına uyğun olan" yaradan ölüb. Üç nəfər xəstəxanaya aparılıb.

Mersisayd hüquq-mühafizə orqanları qətllə bağlı araşdırmalara başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti