Bakı. Trend:
Yaponiyanın şimal və qərbində ötən həftə başlayan güclü qar səbəbindən ölənlərin sayı 17 nəfərə çatıb, daha 110 nəfər isə xəsarət alıb.
Trend xəbər verir ki, Niiqata prefekturasında 1000-dək ev bir həftədən çoxdur ki, işıqsızdır.
Qeyd edək ki, dekabrın 17-dən Yaponiyaya güclü qar yağır. Təkcə Yamaqata prefekturasında qarın qalınlığı 169 santimetrə çatıb.