Bakı. Trend:
Qırğızıstan və Çin sərhədində 6,2 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar nazirliyindən bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:16-da (Bakı vaxtı ilə 21:16) Çin və Qırğızıstan sərhədində, Almata şəhərindən 261 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, yeraltı təkanlar Almatı şəhərində də hiss olunub.