...

İstanbulda partlayış törətmək istəyən İŞİD üzvləri saxlanılıb

Dünya xəbərləri Materials 7 Yanvar 2023 19:21 (UTC +04:00)
İstanbulda partlayış törətmək istəyən İŞİD üzvləri saxlanılıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində xüsusi əməliyyat keçirilib.

Trend xəbər verir ki, İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatına üzv olan iki nəfəri saxlayıb.

Şübhəlilər dekabrın 31-i yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə çalışıb.

Əməliyyatla bağlı digər detallar açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti