Bakı. Trend:
Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində avtomobil tunelinin yaxınlığında qar uçqunu nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.
Bildirilib ki, yanvarın 19-u saat 18:00-a olan məlumata görə, magistral yolda qar uçqunu nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Yanvarın 20-də bölgədə buludlu hava şəraiti üstünlük təşkil edəcəyi gözlənilir.
Qar uçqunu çərşənbə axşamı axşam yerli vaxtla saat 19:50 radələrində Nyinqçi şəhəri yaxınlığında düşüb. Xilasetmə əməliyyatında 1000-dən çox insan iştirak edib