Bakı. Trend:
Kanada Hərbi Dəniz Qüvvələrinin "HMCS Fredericton" freqatı Aralıq dənizindəki NATO-nun gəmilər qruplaşmasını dəstəkləmək üçün Avropa istiqamətində hərəkət edir.
Trend-in məlumatına görə, bu barədə Kanada Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, tanvarın 22-də döyüş gəmisi öz doğma "Qalifaks" limanını (Yeni Şotlandiya vilayəti) tərk etdi, göyərtəsində "CH-148 Cyclone" helikopteri yerləşdirilib.
"HMCS Fredericton" regionda NATO-nun əhəmiyyətli mövcudluğunu dəstəkləmək üçün Fransa, İtaliya və ABŞ-dan olan gəmilərlə əməkdaşlıq edəcək", - deyə nazirlik bildirib.