...

Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Yanvar 2023 08:54 (UTC +04:00)
Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər həlak olub

Bakı. Trend:

Türkiyənin Kayseri əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend xəbər verir ki, avtobus yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər həlak olub, 24 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus Malatyadan İstanbula gedirmiş. Hadisə yerinə çox sayda xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Qeyd edilir ki, 3 nəfər qəza yerində, 1 nəfər isə xəstəxanada ölüb. Eyni zamanda bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Avtobus sürücüsü polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti