...

Blinken İsrailə səfər edib

Dünya xəbərləri Materials 30 Yanvar 2023 17:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün İsrailə səfər edib.

Trend-in məlumatına görə, bu barədə Kan dövlət radio stansiyası xəbər verib.

ABŞ-ın dövlət katibi ilk öncə Qüdsə yollanacaq, burada onun İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb. Daha sonra isə Blinkeni İsrail prezidenti İshaq Hersoq qəbul edəcək. Gözlənildiyi kimi, görüşlərin əsas mövzusunu Fələstin-İsrail münaqişəsini tənzimləmə yollarının axtarışı təşkil edəcək.

Qeyd edək ki, Blinkenin 29-31 yanvar tarixləri arasındakı Yaxın Şərq turnesi Misirə səfərlə başlayıb. O, İsraildən sonra İordan çayının qərb sahilinə də səfər edərək orada Fələstin lideri Mahmud Abbasla görüşməyi planlaşdırır. ABŞ dövlət katibi Fələstin və İsraillə danışıqlar aparmaqla regionda gərginliyi azaltmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti