Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə hələ ki, hər hansı danışıqlar aparmağı planlaşdırmır.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
"Ukraynadakı vəziyyətin fonunda Moskva Kiyevlə deyil, Vaşinqtonla rəhbərlik səviyyəsində danışıqlar aparmaq məsələsini nəzərdən keçirirmi" sualına Peskov "Hələ ki, Putin və Bayden arasında danışıqlara dair heç bir plan yoxdur", - deyə cavab verib.