...

Tokayev Türkiyəyə təcili yardım üçün 1 milyon dollar ayırıb

Dünya xəbərləri Materials 8 Fevral 2023 07:33 (UTC +04:00)
Tokayev Türkiyəyə təcili yardım üçün 1 milyon dollar ayırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.

Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini öyrənir.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti