...

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 530 nəfərə çatıb

Dünya xəbərləri Materials 8 Fevral 2023 15:12 (UTC +04:00)
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 530 nəfərə çatıb

Bakı. Trend:

Suriyanın müxtəlif bölgələrində zəlzələ nəticəsində ölənlərin sayı 2 530 nəfərə, yaralananların sayı isə 4 645 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələ Suriyada da dağıntılara və insan tələfatına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti