...

Novosibirskdə matəm elan olunub

Dünya xəbərləri Materials 9 Fevral 2023 20:36 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Novosibirsk vilayətində matəm elan olunub.

Trend xəbər verir ki, Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.

Qeyd edək ki, bu gün səhər vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti