Bakı. Trend:
ABŞ administrasiyası Gürcüstanın hərbi yardım almasını asanlaşdırıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin gürcü həmkarı Cuanşer Burçuladze ilə görüş zamanı deyib.
Yanvarda ABŞ Müdafiə Nazirliyi Gürcüstana 33 milyon dollarlıq hərbi yardım göndərmək niyyəti barədə Konqresə məlumat verib.
L.Ostin deyib ki, son zamanlar “Gürcüstan Qərblə əlaqələrini dərinləşdirib və Avroatlantik inteqrasiyaya doğru yolunu saxlayıb”. “Və bu müddət ərzində Gürcüstan qlobal təhlükəsizliyə mühüm töhfə verib”, - deyə o bildirib.