...

ABŞ dövlət katibi Türkiyənin Vaşinqtondakı səfirliyini ziyarət edib

Dünya xəbərləri Materials 11 Fevral 2023 03:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyinə baş çəkərək, Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki, E.Blinkeni Türkiyənin ABŞ-dakı səfiri Murat Mercan qarşılayıb.

"Öz adımdan və Amerika xalqı adından Türkiyə xalqına böyük itkiyə görə başsağlığı verirəm. ABŞ müttəfiq və dostu Türkiyənin yanındadır və bundan sonra da olacaq", - deyə E.Blinken matəm kitabına yazıb.

Dövlət katibi əmin edib ki, Vaşinqton təbii fəlakətdən zərər çəkmiş əyalətlərin bərpasında Türkiyəyə bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti