...

Stoltenberq NATO-nun baş katibi vəzifəsində mandatının uzadılmasını istəməyəcək

Dünya xəbərləri Materials 13 Fevral 2023 02:10 (UTC +04:00)

Bakı. Trend:

2014-cü ildən doqquzuncu ildir ki, NATO-nun baş katibi olan Yens Stoltenberq mandatını uzatmaq niyyətində deyil.

Trend xəbər verir ki, bu barədə "Le Figaro" qəzetinə açıqlamasında təşkilatın rəsmi nümayəndəsi Oanu Lunqesku deyib.

"Baş katibin mandatı üç dəfə yenilənib və o, ümumilikdə doqquz ilə yaxın işləyir. O, mandatının yenidən uzadılmasını istəmək niyyətində deyil", - deyə O.Lunqesku bildirib.

Qəzet xatırladır ki, 2022-ci ilin martında Şimali Atlantika Alyansına üzv dövlətlərin liderləri Y.Stoltenberqin mandatını 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına gəliblər. Həmin vaxt onun Brüsseldən sonra Norveçin mərkəzi bankına rəhbərlik edəcəyi açıqlanmışdı. Lakin "Le Figaro"nun yazdığına görə, NATO-nun baş katibi bu vəzifədən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti