Bakı. Trend:
ABŞ hərbçiləri Huron gölü üzərində hava məkanında aşkar edilən naməlum obyekti zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Miçiqandan olan ABŞ Nümayəndələr Palatasının üzvü Cek Barqman özünün "Twitter" səhifəsində yazıb.
"Böyük göllər bölgəsindəki əməliyyatlarla bağlı Müdafiə Nazirliyi ilə əlaqədəyəm. ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə qırıcılarımızın pilotlarına təşəkkür edirəm", - deyə C.Berqman bildirib.
"Amerika xalqı bizdə olduğundan daha çox sualın cavablandırılmasına layiqdir", - deyə Nümayəndələr Palatasının üzvü bildirib.