...

Kanada ABŞ sərhədi yaxınlığında hava məkanını bağlayıb

Dünya xəbərləri Materials 13 Fevral 2023 03:12 (UTC +04:00)
Kanada ABŞ sərhədi yaxınlığında hava məkanını bağlayıb

Bakı. Trend:

Kanada ABŞ-ın ölkə ilə sərhədində yerləşən Huron gölü üzərində naməlum uçan obyekti vurmasından sonra Ontario ştatının Tobermori yaşayış məntəqəsi üzərində hava məkanını bağlayıb.

Trend xəbər verir ki, bu barədə Kanada hava hərəkətinə nəzarət sisteminin operatoru "Nav Canada"ya istinadən "Reuters" agentliyi məlumat verib.

"Kanada da bazar günü ABŞ sərhədinə yaxın Huron gölündə yerləşən Ontario ştatının Tobermori yaxınlığında hava məkanını bağlayıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, naməlum obyekt fevralın 11-də Montana ştatı üzərində görünüb. Fevralın 12-si sözügedən obyekt ABŞ hərbçiləri tərəfindən vurulub.

Qeyd edək ki, bundan öncə də ABŞ səmasında 3 digər obyekt vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti