...

Fransa qoşunları Burkina Fasoda əməliyyatı başa çatdırıb

Dünya xəbərləri Materials 19 Fevral 2023 23:29 (UTC +04:00)
Fransa qoşunları Burkina Fasoda əməliyyatı başa çatdırıb

Bakı. Trend:

Burkina-Faso silahlı qüvvələrinin komandanlığı Fransanın "Sabre" hərbçilərinin ölkədə keçirdiyi əməliyyatın tam başa çatdığını elan edib.

Trend-in məlumatına görə, bu barədə "le Faso" xəbər portalı bildirib.

Məlumata əsasən, bayrağın endirilməsi ilə müşayiət olunan müvafiq mərasim Fransanın 400 nəfərə qədər xüsusi təyinatlı dəstəsinin yerləşdiyi Kambuandakı hərbi hava bazasında baş tutub. "Sabre" əməliyyatının başa çatması, keçən yanvar ayında Burkina Faso hakimiyyətinin Fransa ilə müdafiə sahəsində razılaşmanı ləğv etməsindən sonra baş verdi.

Eyni zamanda, Afrika ölkəsinin hökuməti Fransa qoşunlarının 30 gün ərzində tamamilə çıxarılmasını tələb edib. "Sabre" əməliyyatının xüsusi təyinatlı bölməsinin getməsi ilə Burkina Fasoda heş biri Fransa əsgəri qalmayacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti