...

Bayden fevralın 20-22-də Polşaya səfər edəcək

Dünya xəbərləri Materials 20 Fevral 2023 02:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden fevralın 20-22-də Polşaya səfər edəcək və burada ölkə prezidenti Anjey Duda və NATO-nun şərq cinahında yerləşən doqquz ölkənin "Buxarest doqquzluğu"nun liderləri ilə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.

Bildirilib ki, A.Duda ilə C.Bayden ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə etməyi planlaşdırır.

Fevralın 21-də ABŞ prezidenti müraciətlə çıxış edəcək. C.Bayden çıxışında “Ukraynaya dəstəkdə beynəlxalq ictimaiyyətin qətiyyəti və birliyinin” vacibliyini qeyd edəcək. Prezident "Ukraynaya ABŞ-ın davamlı dəstəyi ilə bağlı siqnal göndərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti